Akar: "Öhdəmizə düşən vəzifə Türkiyə-Azərbaycan qardaşlığını daha da dərinləşdirməkdir"

Akar: <span class="qirmizi">"Öhdəmizə düşən vəzifə Türkiyə-Azərbaycan qardaşlığını daha da dərinləşdirməkdir"</span>

"Bizim öhdəmizə düşən vəzifə isə Türkiyə-Azərbaycan qardaşlığını daha da dərinləşdirmək, daha da irəli aparmaqdır".

"Report" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsi qazilərini qəbul edərkən deyib.

"Azərbaycan Ordusu böyük bir uğurla müharibəni sona çatdırdı. Şəhidlərimizə rəhmət diləyirik, qazilərimiz sağlıq arzulayırıq. Bundan sonra gələcəyə güclü və arxayın şəkildə baxa bilərik", - Akar bildirib.

Mənbə: report.az