İlham Əliyev: Moskvanın təzyiqi ilə Ermənistan...

İlham Əliyev:   <span class="qirmizi">Moskvanın təzyiqi ilə Ermənistan...</span>

Sərhədlərin delimitasiyası üzrə işçi qrupunun iclasının keçirilməsi ilə bağlı Ermənistan Azərbaycandan fərqli olaraq üzərinə götürdüyü öhdəlikləri hələ də icra etmir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev litvalı həmkarı Gitanas Nauseda ilə görüşdən sonra mətbuata səsləndirdiyi bəyanatında deyib.

Prezident İlham Əliyev bu xüsusda qeyd edib ki, Ermənistanın sərgilədiyi məsuliyyətsiz mövqe narahatlıq doğurur.

“Məhz bu məsuliyyətsizlik sülh müqaviləsinin imzalanmasını, sərhədlərin müəyyən edilməsini, münasibətlərin normallaşdırılması üçün digər müvafiq addımların atılmasını əngəlləyir, lüzumsuz vaxt itkisinə səbəb olur. Bütün bunlara səbəb heç şübhəsiz ki, Ermənistan hakimiyyətinin müxalifətin şantaj mövqeyindən çəkinməsi, siyasi iradə nümayiş etdirə bilməməsi, eyni zamanda yenə Azərbaycandan fərqli olaraq müstəqil siyasət yürütmək qətiyyətində olmaması, kənardan gələn göstərişlər əsasında hərəkət etməsidir.

Məhz kənardan gələn göstərişlər əsasında hərəkət etməsi Ermənistan həm Avropa İttifaqının, həm də Rusiyanın sülh vasitəçiliyinə zərbə vurur. Belə ki, Ermənistan hakimiyyəti İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra Rusiyadan, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) istədiyi dəstəyi almadığı üçün sülh prosesində Avropa İttifaqının əsas vasitəçi olmasını istədi. Azərbaycan isə sülh əldə edilməsində maraqlı olduğu üçün buna etiraz etmədi və sözügedən təşkilatın rəhbərliyi tərəfindən təşkil edilən görüşlərdə iştirak etdi, üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirdi. Lakin Azərbaycan və Ermənistan liderlərinin postmüharibə dövründə bir neçə görüşünü təşkil edən, üçtərəfli bəyanatlara imza atan tərəflərdən biri olan Rusiya Ermənistanın bu addımlarına biganə qalmadı. Məhz Moskvadan edilən təzyiqlər fonunda Ermənistan bu dəfə Avropa İttifaqını sülh prosesindən kənarlaşdırmağa çalışır. Lakin Avropa İttifaqının Ermənistana ayırmaq istədiyi 2,6 milyard avro həcmində maliyyə yardımının dayanacağı, qurumun digər formada Ermənistana təsirləri artacağı halda İrəvan yəqin ki, Moskvanı sülh prosesindən kənarda qoymağa çalışacaq. Elə bu da indi həm Moskvanın, həm də Brüsselin gözündə Ermənistanın prinsipsiz, öhdəliklərini pozan, etimadı doğrultmayan bir ölkə kimi qəbul edilməsini şərtləndirir. Mövcud vəziyyət bir daha təsdiq edir ki, Ermənistan əvvəlki kimi müstəqil dövlət deyil. Bu ölkə, onun siyasi qüvvələri indiki halda Moskvadan gələn göstərişlərlə hərəkət etdiyi üçün Ermənistan Rusiyanın koloniyasıdır, regionda “Kalininqrad”dır. Azərbaycan isə istənilən halda sülh əldə edilməsində, Ermənistanla sərhədlərinin müəyyən edilməsində maraqlıdır. Bu prosesdə rəsmi Bakı həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyinə müsbət yanaşır. Amma ən əsası odur ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə, verdiyi vədlərə sadiq qalsın, vasitəçilər məsələsində ləngər vurmasın. Əks halda bundan ən çox uduzan yenə Ermənistan özü olacaq”.

Mənbə: axar.az