Azərbaycan rəsmiləri BMT-də - VİDEO

Azərbaycan rəsmiləri BMT-də - VİDEO<span class="qirmizi"></span>

Dünyanın üzləşdiyi miqrasiya problemi və Ukraynailə Rusiya arasındakı müharibənin bu problemi daha da şiddətləndirməsi ölkələri dalana dirəyə bilər. Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahında təşkil edilən Beynəlxalq Miqrasiya İcmalı Forumunda çıxışçılar bu fikirləri səsləndirdi və təcili həll yollarının tapılmasının vacibliyini vurğuladılar.

Azərbaycan miqrasiya problemlərinin müzakirə edildiyi forumda dörd dəyirmi masaya həmsədrlik edən səkkiz ölkədən biridir. Beynəlxalq forumda Azərbaycanı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov təmsil edir.

Nyu-Yorka səfəri çərçivəsində vacib görüşlər keçirdiyini bildirən Vüsal Hüseynov Azərbaycanla miqrasiya sahəsində əməkdaşlıqla bağlı qonşu ölkələrin nümayəndələri ilə müsbət danışıqların baş tutduğunu bildirdi.

Qeyd edim ki, BMT Baş Assambleyasında dünyanın üzləşdiyi digər bir problem qida təhlükəsizliyi də müzakirə edilir.

Mənbə: www.realtv.az