Baş Qərargah: "Rusiyanın Donbasda 14 hücumunun qarşısı alınıb"

“Rusiya Silahlı Qüvvələri Severodonetsk istiqamətində hücum edib, uğur qazanmayıb, itki verərək geri çəkilməyə məcbur olub”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Məlumata görə, Rusiya hərbçiləri Ukraynanın Aleksandropol, Novomixailovka, Aleksandrovka, Vesele hücum keçib, ancaq itki verərək geri çəkiliblər.

Bildirilib ki, Qara və Azov dənizlərində qarşı tərəfin dəniz qüvvələri mülki gəmilərin qarşısını almaqda davam edir. Məlumata görə, son sutkada Donetsk və Luqansk istiqamətlərində düşmənin 14 hücumunun qarşısı alınıb, 8 tankı, 14 zirehli döyüş maşını və 6 bölmə texnikası məhv edilib. Ukraynanın Hava Hücumundan Müdafiə bölmələri Rusiyanın bir “Orlan-10” PUA-sını vurub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Vladimir Putin 3 ay aradan sonra Təhlükəsizlik Şurasının iclasını keçirəcək

SONRAKI XƏBƏR

“Ailə dağıtmaq üçün qapıma gələn məşhurlar olub” – Tanınmış ekstrasens