ABŞ-ın Ukraynaya göndərcəyi silahların SİYAHISI

ABŞ Müdafiə Nazirliyi Ukraynaya yeni hərbi yardım paketinin təfərrüatlarını açıqlayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, paket aşağıdakıların təmin edilməsini nəzərdə tutur:

155 mm-lik 18 haubitsa, hərəkət edən haubitsalar üçün 18 taktiki maşın, üç AN/TPQ-36 əks-akkumulyator stansiyası, sahə avadanlığı və ehtiyat hissələri.

Pentaqonun məlumatına görə, Bayden administrasiyası dövründə, yəni təxminən 2021-ci ilin əvvəlindən ABŞ Ukraynaya təxminən 4,6 milyard dollar yardım edib ki, bunun da 3,9 milyard dolları fevralın 24-də Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəridir.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur fotojurnalist Reza Deqati Şuşadan foto paylaşıb

SONRAKI XƏBƏR

Azərbaycanda tanınmış jurnalist vəfat etdi - FOTO