Putinin əmri rus hərbçiləri sevindirdi: “Terminatorlar” hərəkətə keçdi

Putinin əmri rus hərbçiləri sevindirdi:  “Terminatorlar” hərəkətə keçdi<span class="qirmizi"></span>

 

Ukraynada ciddi uğur əldə edə bilməyən Rusiya ən müasir silahları müharibəyə göndərməyə qərar verib.

Metbuat.az “Times” qəzetinə istinadən xəbər verir ki, Prezident Vladimir Putin “Terminator” adlandırılan zirehli texnikaların Ukraynaya göndərilməsi barədə təlimat verib. Məlumata görə, bu zirehli texnikalar tank əleyhinə raketlər, top mərmiləri, bombalar və digər mərmilərlə təchiz oluna bilir. Putinin siyasətini dəstəkləyən rus sosial media platformalarında bu xəbər “Çox Şükür! Terminatorlar gəldi” kimi qələmə verilib.

Məlumata görə, Putinin bu həmləsi rus hərbçilər arasında da xoş qarşılanıb. Bundan əlavə Rusiya Ukraynanın PUA-larını məhv etmək üçün bölgəyə lazer silahları yerləşdirmək istəyir.

Mənbə: metbuat.az