Rusiya və Gürcüstanla quru sərhədlər nə vaxt açılacaq? - AÇIQLAMA

"Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı veriləcək qərar çox uzaqda deyil. Epidemioloji vəziyyət nəzərə alınaraq bu barədə qərar açıqlanacaq".

BAKU.WS xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə Baş Verir?" verilişində qonaq olan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Ekspert əlavə edib ki, quru sərhədlərin açılması ilə yanaşı müəyyən mexanizmlər qoyulmalıdır: "Vaksin tələbi qoyulmaqla ölkəyə daxil olan şəxslərlə bağlı vəziyyətə nəzarət oluna bilər. Bu cür süzgəclərin olması vacibdir".

BAKU.WS

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Məşhur fotojurnalist Reza Deqati Şuşadan foto paylaşıb

SONRAKI XƏBƏR

Azərbaycanda tanınmış jurnalist vəfat etdi - FOTO