Blinken: Rusiya ərzaqdan silah kimi istifadə edir

Rusiya qidadan silah kimi istifadə edir. Moskva təkcə ukraynalıları deyil, dünyanın bir çox ölkələrini qida baxımından “girov” saxlayır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

BMT Təhlükəsizlik Şurasına müraciət edən Blinken Rusiyanı Ukrayna limanlarının blokadasına son qoymağa çağırıb:

“Rusiya hakimiyyəti hesab edir ki, ərzaqdan silah kimi istifadə etməklə, işğalla əldə edə bilmədiyini, yəni ukraynalıların ruhunu sındıracaq”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanın paytaxtında minlərlə insan küçələrə nümayişə çıxdı - FOTOLAR

SONRAKI XƏBƏR

Lənkəran kəndlərini birləşdirən yolda sürüşmə aktivləşib - VİDEO