Ermənistanın paytaxtında minlərlə insan küçələrə nümayişə çıxdı - FOTOLAR

Baş nazir Nikol Paşinyana qarşı etirazlar aprelin 25-dən davam edir.

Press.az xəbər verir ki, dünən Ermənistanın paytaxtı İrəvanda hökumət əleyhinə etirazlar davam edərkən, rəsmilər iğtişaşların öhdəsindən gəlmək üçün kənar yardıma ehtiyac olmadığını bəyan etdilər.Azərbaycanın Qarabağda qələbəsindən sonra Ermənistan hakimiyyətinin bölgədəki siyasətinə etiraz edən və baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət yenidən küçələrə axışıb.Çoxsaylı həbslərə baxmayaraq, etirazçılar aksiyalarını davam etdirməkdə qərarlıdırlar.

Müxalifətin əsas simalarından olan parlament sədrinin müavini İşxan Saqatelyan deyib ki,“biz çətin və yorucu işə birlikdə başlamışıq, lakin əmin olun ki, birlikdə bu işi qələbə ilə başa vuracağıq, çünki siz möhkəm, güclü və qətiyyətlisiniz,biz birik."

Sputnik News-un verdiyi xəbərə görə, çərşənbə günü 400-dən çox adam saxlanılıb, 73 nəfər isə cümə axşamı polis bölmələrinə aparılıb.

Ermənistan hökuməti Paşinyanın bir neçə keçmiş sovet dövlətindən ibarət Avrasiya hərbi alyansı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından etirazları yatırmaq üçün Ermənistana qoşun yeritməyi xahiş etməsi ilə bağlı xəbərləri təkzib edib.

Zeynab Hüseyn

 

 

Press.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda tanınmış jurnalist vəfat etdi - FOTO

SONRAKI XƏBƏR

Blinken: Rusiya ərzaqdan silah kimi istifadə edir