“Rusiya NATO-ya üzv olmaqdan özü imtina edib”

“NATO-nun Rusiyaya qarşı heç bir aqressiv niyyəti yoxdur. Alyans heç vaxt Rusiyaya hücum etməyib, etməyəcək də”.

 

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken amerikalı aparıcı Stiven Kolberə müsahibəsində deyib.

 

Blinken, həmçinin xatırladıb ki, Rusiya bir zamanlar NATO-ya üzv olmaqla bağlı təklifi rədd edib: “Bilirsinizmi, hələ 1990-cı illərdə Rusiyanın NATO-ya üzv qəbul edilməsindən danışılırdı. Rusiyalılar isə bunu qəbul etmədi”.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Sertifikatlaşdırmanın müsahibə mərhələsində ballar necə hesablanır?

SONRAKI XƏBƏR

Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşdü