“Seyran Ohanyan 2016-cı ildə Serj Sarkisyanı devirməyə cəhd edib”

 

“Serj Sarkisyan və Robert Köçəryan (Ermənistanın sabiq prezidentləri-red.), iç üzünüzü ortaya qoyun. Oğlanlar, siz çox namussuzsunuz”. Ordu.az xəbər verir ki, bunu erməni politoloq Edvard Antinyan deyib.

Onun sözlərinə görə, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2016-cı ildə Serj Sarkisyanı devirməyə cəhd edib.

“Mən Serj Sarkisyana şəxsi əlaqə məlumatlarını, Seyran Ohanyan və başqalarının 2016-cı ildə Serj Sarkisyanı devirməyə necə cəhd etdiyini xatırlada bilərəm. Serj Sarkisyanın beyni quruyub, amma xatırladım ki, 2016-cı ildə Serj Sarkisyan devrilməli və kabinetindən həbs olunmalı idi”, - deyə Antinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda dollar almaq əngəli -

SONRAKI XƏBƏR

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır