Mariupol ələ keçirildi: yeni plan... - Britaniya

Mariupol ələ keçirildi: yeni plan... - Britaniya<span class="qirmizi"></span>

Mariupol uğrunda döyüşlərdə iştirak edən rus qoşunlarının bərpası və təchizatı üçün vaxt lazımdır. Lakin rus komandanlığına yüksək rütbəli rəhbərliyin təzyiqinə görə onlar dərhal başqa ərazilərə atılacaqlar.

Axar.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“Rusiya şəhəri nəzarətə götürdükdən sonra çox güman ki, qüvvələri şəhərdən şərqdəki digər istiqamətlərə köçürəcək. Müharibə başlayandan bəri Ukraynanın Mariupolda qəti müqaviməti o deməkdir ki, oradan gələn Rusiya qüvvələri yenidən təchiz olunmalı və komplektləşməlidir. Bu, uzun proses ola bilər. Lakin rus komandirləri buna imkan vermir. Yeni təchizat olmasa, rus hərbçilərinin ölüm sayı artacaq”, - məlumatda deyilir.

Mənbə: axar.az