Finlandiya paytaxtında Azərbaycanla bağlı iki tarixi bayram qeyd ediləcək

 

Helsinki şəhərindəki Musiikkitalo musiqi mərkəzində 28 May – Müstəqillik Gününə və Azərbaycanla Finlandiya arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.

Oxu.Az xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfirliyinin, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, “Azər-Türk” Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarovanın birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Toplantıya Finlandiyanın və Azərbaycanın rəsmi şəxslərinin, xarici ölkələrin diplomatik korpusunun, yerli ictimaiyyətin və Azərbaycan icmasının 150-yə yaxın nümayəndəsinin qatılması nəzərdə tutulur.

Mərasimdə Azərbaycan və Finlandiyanın rəsmi şəxslərinin çıxışı gözlənilir.

Tədbirin bədii hissəsində Azərbaycanın Əməkdar artisti, tanınmış cazmen İsfar Sarabskinin rəhbərlik etdiyi ”İsfa Sarabskinin triosu” çıxış edəcək.

Qeyd edək ki, 1991-ci ildə dövlət müstəqilliyini bərqərar edən Azərbaycan 1992-ci il martın 24-də Finlandiya ilə yenidən diplomatik münasibətlər qurub.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Çavuşoğlu və xanım həmkarı arasında şok dialoq - Otaqda gərgin müzakirə

SONRAKI XƏBƏR

Türkiyədə bir neçə nazir vəzifədən kənarlaşdırılacaq