Ermənistanın sabiq Baş naziri yenidən hakimiyyətə gələcək?

Ermənistanın sabiq Baş naziri yenidən hakimiyyətə gələcək?<span class="qirmizi"></span>

 

“Müxalifətin aprelin 17-dən davam edən etiraz aksiyaları zamanı iqtidaryönlü təxribatçıların etirazçılara yaxınlaşaraq toqquşmalara səbəb olmaq cəhdləri heç də az deyil”. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1or.am” nəşri yazıb.

Nəşrə görə, eyni sualları verməklə müxalifəti yoldan çıxarmağa çalışırlar ki, bunlardan da ən əsası təbii olaraq müxalifətin baş nazirliyə namizədi məsələsidir.

“Maraqlıdır ki, belə toqquşmaların birində Geğam Manukyan hökumətyönlü vətəndaşlarla mübahisə edib və bu zaman özlərinin namizədi kimi keçmiş Baş nazir Karen Karapetyanın adını çəkib. “Mənbələrin məlumatına görə, bu, müxalifətin təxribatçıları susdurmaq üçün Karen Karapetyanın adını çəkdiyi yeganə hal deyil. Təbii olaraq biz deyə bilmərik ki, bu, sadəcə olaraq, insanları susdurmaq üçün edilir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az