Erməni siyasi xadim: “Radikalların məqsədi küçələrdə qan tökməkdir”

Erməni siyasi xadim: “Radikalların məqsədi küçələrdə qan tökməkdir”<span class="qirmizi"></span>

 

“Küçədə meydana çıxan siyasi qüvvələrin fiaskosu göz deşir”. Ordu.az xəbər verir ki, bunu “Ədalətli Ermənistan” partiyasının lideri Norayr Norikyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, gündəliklərinin həyata keçirilməsi nə qədər real olmursa, onların sıraları bir o qədər aqressivləşir.

“Belə təəssürat yaranır ki, bu prosesə rəhbərlik edən bəzi adamlar üçün yaranmış çətin vəziyyətdən yeganə çıxış yolu küçələrdə qan tökməkdir ki, yaxın gələcəkdə siyasi oyunda qalmaq spekulyasiyaya çevrilsin... Xalqla tam səmimi olsanız, qarşınıza qoyulan problemləri həll edə bilmədiyinizi bəyan edib evinizə getsəniz, doğru olar. Əminəm ki, 4 ildir davam edən bu nəticəsiz müqavimətdənsə, etirafınız xalq tərəfindən daha yaxşı qəbul ediləcək”, - deyə Norikyan qeyd edib.

Ermənistan parlamentinin maliyyə-kredit və büdcə məsələləri daimi komissiyasının sədri Gevorq Papoyan isə bildirib ki, müxalifət Ermənistan üçün nə qədər pis məntiqdən çıxış edirsə, özü üçün bir o qədər yaxşı məntiqdən çıxış edir.

Erməni deputat qeyd edib ki, soyğunçuluq prosesinin geri dönə biləcəyi təhlükəsini hiss edir.

Papoyanın sözlərinə görə, ölkədə 3000 nəfər gündəmi diktə edə bilmir.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az