Ermənistanda prezident iqamətgahının qarşısında aksiya keçirilir

Ermənistanda prezident iqamətgahının qarşısında aksiya keçirilir<span class="qirmizi"></span>

“Müqavimət” hərəkatının üzvləri Ermənistan və Litva prezidentlərinin görüşünün keçirildiyi iqamətgahın qarşısında etiraz aksiyalarına başlayıblar.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki,etirazçılar Ermənistan prezidentinin Baqramyan küçəsi 26 ünvanındakı iqamətgahının qarşısındakı səkiyə toplaşaraq “Satqın Nikol”, “Paşinyansız Ermənistan” şüarları səsləndiriblər.

Bu barədə “Hayastan” fraksiyasının deputatı Qeqam məlumat yayıb.

“Ermənistan xalqı adından Litva prezidenti vasitəsilə Avropaya aydın mesaj göndərilib ki, Nikolun Ermənistanla bağlı danışıqlar aparmaq mandatı yoxdur. Onlar da bura toplaşıblar ki, avropalılara aldadılırlar, Ermənistan Avropanın arzuladığı demokratiya deyil, Ermənistanda diktaturadır, mətbuatın təzyiqi altındadır. 4 ildir ki, Ermənistanda ədalətim və Konstitusiyam pozulur”, - deyə o məlumatında bildirib.

Polis ərazini mühasirəyə alıb və Baqramyan prospektini bağlayıb.

Gülayə Mecid

Mənbə: www.unikal.org