Ukraynalı ekspert: Avropa ikili oyun oynayır

ABŞ-ın 40 milyardlıq yardımı kifayət deyil, çünki Ukrayna bahalı daşınma və yeni silahlardan istifadə üzrə hərbçilərə təlim keçməli olacaq.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Yuri Fedorov deyib.

“Sadəcə reallığı anlamaq lazımdır. Tez-tez deyirlər ki, Ukraynaya 40 milyardlıq silah gələcək. Amma hesab edirəm ki, faktiki silahlar 15 milyarda yaxındır. Çünki qalan vəsait nəqliyyat, təşkilati xərclər, təlim və bununla bağlı bir sıra digər məsələlərə xərclənəcək”, - ekspert bildirib.

Fedorov Avropa ilə bağlı iddialarını da dilə gətirib:

“Həm Makron, həm də Şolts deyir ki, bu məsələnin diplomatik həllinə keçməyin vaxtı çatıb. Münaqişənin diplomatik həlli nədir? Atəşkəs! Atəşkəs o deməkdir ki, qoşunlar olduqları mövqelərdə qalırlar.

İkincisi isə sülhdür. Müharibə yoxdursa, deməli, artıq sülhdür. Belə bir atəşkəs sazişi Şimali və Cənubi Koreya arasında 1953-cü ildən qüvvədədir”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Xatirə İslam yenidən əməliyyat olundu - VİDEO

SONRAKI XƏBƏR

Hacıqabul icra başçısına birinci müavin TƏYİN OLUNDU