Erməni hərbi qulluqçunun anası: “Əgər hamımızı həbs etməlisinizsə, buyurun”

Erməni hərbi qulluqçunun anası: <span class="qirmizi">“Əgər hamımızı həbs etməlisinizsə, buyurun”</span>

“Qariki həbs ediblər, çünki reallığı olduğu kimi təqdim edir: o öz ədalətli tələbini təqdim edir”. Ordu.az xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin hərbi idarəsinin həyətində 44 günlük müharibədə məhv olmuş erməni hərbi qulluqçulardan birinin anası deyib.

Ölmüş erməni hərbi qulluqçuların valideynləri ölmüş erməni hərbi qulluqçu Mxitar Qaleyanın atası Qarik Qaleyanın azadlığa buraxılmasını tələb ediblər.

“Biz hamımız Qarikik, hamımızı həbs etməlisinizsə, buyurun. Sizə bir saat vaxt veririk, əgər Qarikdən əl çəkməsəniz, arxanızca gələcəyik və daha əməllərimizə görə məsuliyyət daşımayacağıq”, - deyə erməni hərbi qulluqçunun anası bildirib.

Etirazçılardan biri qeyd edib ki, Qarik Qaleyan sərbəst buraxılmalıdır, əks təqdirdə nəticələrə görə cavabdeh valideynlər olmayacaq.

Erməni ictimai xadim Karin Tonoyan jurnalistlərə bildirib ki, Qraik Qaleyanı bir saata buraxmasalar, İstintaq Komitəsinə daxil olacaqlar.

 

Mənbə: ordu.az