Ukrayna Belarusla sərhəddə beton bloklar tikir

Ukrayna Belarusla sərhəddə beton bloklar tikir<span class="qirmizi"></span>

Ukraynanın şimalındakı Jitomir vilayəti düşmən qoşunlarının işğalının qarşısını almaq üçün Ukrayna-Belarus sərhədinin bölgə ərazisindən keçən hissəsini möhkəmləndirir.

“Report” xəbər verir ki, bu barədə Jitomir şəhərinin meri Sergey Suxomlin feysbukdakı videomüraciətində bildirib.

“Biz Belarusla sərhəddə yerləşən ərazi müdafiə taborlarımızın mövqelərini dövrə vurduq... Onlar artıq sərhəddə kifayət qədər yaxşı yerləşiblər və başa düşürük ki, düşmənin ikinci cəhdi olmayacaq. Onların fevralın 24-də daxil olduqları kimi Ukraynaya girmək imkanı olmayacaq. Mayın 1-dən biz bütün xətt boyunca beton bloklar tikməyə başlamışıq”, - mer qeyd edib.

Mənbə: report.az