Draqi: Putinə zəng elə, ancaq səni eşidər…

Draqi: Putinə zəng elə, ancaq səni eşidər…<span class="qirmizi"></span>

İtaliyanın Baş naziri Mario Draqi Vaşinqtona son səfəri zamanı ABŞ Prezidenti Co Baydeni Ukraynadakı münaqişəni həll etmək üçün rusiyalı həmkarı Vladimir Putinə zəng etməyə çağırıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Draqi Putin yalnız onun (Baydenin) sözlərini eşitmək istədiyini düşündüyünü bildirib:

“Deməliyəm ki, bu məsləhət uğurlu oldu. Çünki bir gün sonra o deyil, Amerikanın müdafiə naziri Rusiyanın müdafiə naziri ilə danışıb”.

İtaliyanın baş naziri əlavə edib ki, rusları mövcud vəziyyətə görə günahkar saymaq və düşmən hesab etmək olmaz:

"Onlar düşmən deyillər və sülh axtarışı haqqında danışarkən bunu xatırlamaq vacibdir".

Yada salaq ki, Draqi sonuncu dəfə aprel ayında Rusiya prezidenti ilə danışmışdı.

“Rusiya Prezidenti Vladimir Putinə zəng etməyin heç bir mənası yoxdur. Çünki o, ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparmaq istəmir və sülh axtarışında deyil”, - deyə Mario Draqi bildirmişdi.

Mənbə: axar.az