ABŞ və Gürcüstan arasında 10 illik saziş...

ABŞ və Gürcüstan arasında 10 illik saziş...<span class="qirmizi"></span>

Gürcüstanın müdafiə nazirinin birinci müavini Lela Çikovani və ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Laura Kuper müdafiə sahəsində əməkdaşlığa dair 10 illik çərçivə sazişi imzalayıblar.

Axar.az xəbər verir ki, Çikovani sazişin Gürcüstan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılmasına töhfə verəcəyini bildirib.

O bildirib ki, sənəd 2021-ci ilin oktyabrında Gürcüstan və ABŞ müdafiə nazirləri Cuanşer Burçuladze və Lloyd Ostin tərəfindən Tiflisdə imzalanmış “Gürcüstan üçün müdafiə və çəkindirmə tədbirlərinin gücləndirilməsi təşəbbüsü”nün davamıdır.

Mənbə: axar.az