Xarkovda bərpa işləri başlayıb

Xarkovda bərpa işləri başlayıb<span class="qirmizi"></span>

Ukraynanın Xarkov şəhərində hərbi əməliyyatlar zamanı dağıdılmış infrastrukturun bərpasına start verilib.

Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, müharibə vaxtı binaların 30%-i dağılıb. İlkin mərhələdə müharibə nəticəsində yarımçıq qalan layihələr tamamlanacaq. Eyni zamanda az zərər görmüş evlər bərpa ediləcək. Yeni tikilən binalarda sığınacaqların tikilməsi əsas şərt kimi irəli sürülüb.

Xarkov metropoliteni isə fəaliyyətə mayın 24-də başlayacaq. Hazırda mütəxəssislər və hərbçilər metroda təmir və təmizlik işləri həyata keçirilər.

Mənbə: apa.az