BMT: Ukraynanı tərk edənlərin sayı 6,3 milyon nəfəri keçib

Müharibə başlayandan indiyədək 6 milyon 361 min 116 nəfər Ukraynanın qonşu ölkələrlə sərhədini keçib.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən ölkəni tərk edən Ukrayna vətəndaşlarının yarıdan çoxu Polşadadır. Onların hazırkı sayı 3 milyon 418 min 77 nəfər təşkil edir.

Sonrakı yerləri Rumıniya, Rusiya, Macarıstan, Moldova, Slovakiya, Belarus bölüşür.

Bundan əlavə, fevralın 28-dən indiyədək 1 milyon 887 min 500 vətəndaş Ukraynaya qayıdıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstanın Baş naziri “Borjomi” ilə bağlı göstəriş verib

SONRAKI XƏBƏR

NATO Moldovaya silah tədarükünü müzakirə edir