Tailandda fövqəladə vəziyyət rejimi uzadılıb

Tailandda fövqəladə vəziyyət rejimi uzadılıb<span class="qirmizi"></span>

Tailand hakimiyyəti COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyəti daha iki ay uzadıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tailand hökumətinin COVID-19-a Nəzarət və Mübarizə Mərkəzinin rəsmi nümayəndəsi Txavisin Visanuyotin bildirib.

Belə ki, fövqəladə vəziyyət rejiminin daha iki ay, iyunun 1-dən iyulun 31-dək uzadılması qərara alınıb.

Bundan əlavə, maska ​​rejimini saxlanılıb. Həmçinin, birillik fasilədən sonra gecə klubları və masaj salonlarının yenidən açılmasına icazə verilib. Bütün bu obyektlər iyunun 1-dən gecə yarısına qədər işləyə biləcək.

Tailandda fövqəladə vəziyyət 2020-ci ilin martında tətbiq edilib və hər iki aydan bir daha iki aylıq müddətə davamlı olaraq uzadılıb.

Mənbə: report.az