Yaponiya müdafiə büdcəsini artıracaq

Yaponiya müdafiə xərclərinin ÜDM-in 2%-ə qədər artırılmasını nəzərdə tutan Hind-Sakit Okean İqtisadi Proqramına qoşulmaq qərarına gəlib.

“Report”un məlumatına görə, bu barədə ölkənin Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bəyan edib.

Proqram ticarət, təchizat zəncirinin davamlılığı, infrastruktur, karbonsizləşdirmə, vergitutma və korrupsiya ilə mübarizə sahələrində əməkdaşlıq etmək məqsədi daşıyır.

Yaponiya ABŞ-la əməkdaşlıq çərçivəsində müdafiə büdcəsini ÜDM-in 2%-i həcmində NATO ölkələri səviyyəsinə çatdırmağa hazırlaşır. İndi Yaponiyanın hərbi xərcləri təxminən 4 trilyon dollar ÜDM ilə 42 milyard dollardır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Tunis sahillərində miqrant gəmisi batıb, 4 nəfər ölüb

SONRAKI XƏBƏR

İrandan İraqa qaz tədarükü dayandırılıb