ABŞ Avropada 100 min əsgər saxlamağı planlaşdırır

ABŞ Avropada 100 min əsgər saxlamağı planlaşdırır<span class="qirmizi"></span>

Amerika Birləşmiş Ştatları yaxın gələcəkdə Avropadakı qoşunlarının sayını 100 min nəfər səviyyəsində saxlamağı planlaşdırır.

Bu barədə CNN “çoxsaylı” amerikalı rəsmilərə istinadən xəbər verib.

Birləşmiş Ştatlar Rusiyanın Ukraynada müharibə əməliyyatlarından sonra qitədəki hərbi mövcudluğunu 60 mindən 100-ə çatdırıb.

“Rusiya vəziyyəti kəskinləşdirməsə və İsveç, Finlandiya və ya NATO üzvlərini təhdid etməsə, ABŞ-ın yaxın gələcəkdə Avropada 100 min əsgər saxlayacağı gözlənilir”, – deyə CNN yazır.

 

Mənbə: www.oxu.az