ABŞ Rusiya donanmasını məhv etmək istəyir? - AÇIQLAMA

ABŞ-ın Rusiyanın Qara dəniz donanmasını məhv etmə planı hazırlaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi deyib.

“Aydın şəkildə deyə bilərəm ki, bu, doğru deyil”, - deyə Kirbi bildirib.

Qeyd edək ki, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko ABŞ-ın Rusiyanın Qara dəniz donanmasını güclü gəmi əleyhinə raketlərlə məhv etməyi planlaşdırdığını yazmışdı.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə yunanların iddialarını rədd etdi

SONRAKI XƏBƏR

Valeri Meladze qalmaqallardan sonra karyerasına son qoyur