Ukraynanın Donbasda məhv etdiyi rus texnikaları...

Ukraynanın Donbasda məhv etdiyi rus texnikaları...<span class="qirmizi"></span>

Ukrayna Silahlı Qüvvələri Donbasda gün ərzində Rusiyanın 11 hücumunun qarşısını alıb, 30-dan çox texnikasını məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Əməliyyat Qüvvələri Komandanlığı məlumat yayıb.

Belə ki, ukraynalı hərbçilər 8 tank, 3 artilleriya sistemi, 10 zirehli texnika, 3 xüsusi zirehli texnika, 6 avtomobil texnikasını sıradan çıxarıb.

Bundan əlavə, Ukrayna havadan müdafiə sistemləri də ruslara məxsus “Orlan -10” və ZALA PUA-larını məhv edib.

Mənbə: axar.az