Türkiyə yunanların iddialarını rədd etdi

Türkiyə yunanların iddialarını rədd etdi<span class="qirmizi"></span>

Yunanıstan qırıcılarının hava məkanımızı pozması hallarını kəskin qınayırıq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib.

“Yunanıstanın Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları 16 may tarixində Gökçəadanın qərbində, 17 mayda isə Enezin qərbində hava məkanımızı pozmuşdur. Hava Qüvvələrimiz bu provokativ addımlara adekvat cavabı müvafiq qaydalar çərçivəsində 18 may tarixində verib”, - deyə sözçü bildirib.

O, eyni zamanda Yunanıstan XİN-in bu çərçivədə Ankaraya qarşı iddialarını da əsassız adlandırıb və rədd edib.

Mənbə: axar.az