"Taliban"ın ali lideri çoxarvadlılıqdan çəkinməyə çağırıb

"Taliban"ın ali lideri çoxarvadlılıqdan çəkinməyə çağırıb<span class="qirmizi"></span>

“Taliban” hərəkatının ali lideri Hibətullah Axundzadə Əfqanıstanda iki, üç və ya dörd nikahdan çəkinməyi tövsiyə edən fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "TOLOnews" telekanalı məlumat yayıb.

Sözügedən qərarın qəbulu birdən çox qadınla evlənməkdən və çoxuşaqlı ailələrə bir anda dəstək olmağa çalışan üzvlərinin pul tapmaq üçün korrupsiya etdikləri iddiaları ilə bağlıdır.

İslam dininin normalarına uyğun olaraq, kişiyə eyni vaxtda dördə qədər arvad almağa icazə verilir, bu şərtlə ki, o, bütün həyat yoldaşlarına bərabər qayğı göstərmək və hüquqları pozulmadan onların hamısını maddi cəhətdən təmin etmək imkanına malik olsun.

Mənbə: report.az