Buçada insanların qətli əmrini verən bir komandir də müəyyən edildi...RƏSMİ-FOTO

Buçada insanların qətli əmrini verən bir komandir də müəyyən edildi...<span class="qirmizi">RƏSMİ-FOTO</span>

Kiyev vilayətində dinc sakinlərin öldürülməsi əmrini verən Rusiya bölüyünün("rota") komandiri müəyyən edilib.

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanı Baş prokuroru İrina Venediktova "Facebook" səhifəsində məlumat yayıb.

“30 yaşlı baş leytenant Vasili Litvinenko 35-ci birləşmiş ordunun tərkibində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunlarının 64-cü əlahiddə motoatıcı briqadasının bölük komandiridir. Kiyev vilayətinin Kiyevo-Svyatoşinski dairə prokurorluğunun prokurorları polislə birlikdə onun insan qətli ilə bağlı müharibə qanun və qaydalarını pozmasını ifşa edib”, - mesajda deyilir.

Baş prokurorun sözlərinə görə, Litvinenko Buçanski rayonu Lipovka məntəqəsinin işğalı zamanı “rəhbər” olub. Onun icazəsi olmadan kənd sakinləri su gətirmək üçün belə, evlərini tərk edə bilməyiblər. O, hətta insanlara tibbi yardım göstərilib-göstərilməməsi ilə bağlı göstərişlər də verib.

İstintaq müəyyən edib ki, tabeliyində olan hərbi qulluqçular bölük komandirinin cinayət əmrini yerinə yetirmək üçün avtomat silahlardan silahsız, qoca mülki şəxsi öz həyətində yaralayıblar. Onlar bununla da durmayıblar - işğalçılar tankdan həmin yaralı qocanın olduğu evi atəşə tutub və o, doğma evi ilə birlikdə yanıb”, - deyə Venediktova bildirib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları bu cinayətlərin, həmçinin Litvinenkonun Lipovkanın daha iki mülki sakininin yaralanması və kənddəki 18 yaşayış binasının dağıdılmasında digər cinayətərinin şəriklərini müəyyən edirlər.

"UNİAN"-ın daha əvvəl yazdığına görə, Ukrayna hüquq-mühafizə orqanları Brovarski rayonunda əsirlərdən zorla ifadələr almağa çalışan Rusiya komandiri Anton Struyev haqda da mülki şəxslərlə pis rəftarla bağlı şübhələr müəyyən edilməsi barədə məlumat veriblər.

Mənbə: moderator.az