Mariupolda qorxunc vəziyyət - Mer xəbərdarlıq etdi

Mariupolda qorxunc vəziyyət - Mer xəbərdarlıq etdi<span class="qirmizi"></span>

Rus işğalçıları Mariupolda su təchizatını bərpa etməyə çalışırlar, lakin onların qeyri-peşəkar hərəkətləri problem yarada bilər.

Axar.az xəbər verir ki, bunu Mariupol şəhərinin meri Vadim Boyçenko bildirib.

“Onların hazırda Mariupola ötürmək üçün bərpa etməyə çalışdığı su küçələrə axır. Bununla da qeyri-işlək vəziyyətdə olan kanalizasiya borularına tökülür və bütün bu qarışıq su anbarına, oradan da Azov dənizinə, əhalinin istifadə etdiyi quyulara axıdılır”, - Boyçenko vurğulayıb.

O qeyd edib ki, ekoloji fəlakətə yoluxucu xəstəliklərin alovlanması da əlavə oluna bilər:

“Mütəxəssislərin bəhs etdiyi fəlakət də baş verə bilər - yoluxucu xəstəliyin alovlanması: ya vəba, ya da dizenteriya”.

Mer qeyd edib ki, əhalini evakuasiya etmək lazımdır:

“Yaşıl dəhlizlər müəyyən edilsin və Mariupol sakinləri Ukraynanın nəzarət olunan hissəsinə getmək imkanı əldə etsinlər. Biz bütün beynəlxalq tərəfdaşlarımızı bu məqsəd ətrafında birləşməyə dəvət edirik”.

Mənbə: axar.az