Aİ diplomatiyasının rəhbəri: “Atəşkəs üçün şərtləri Ukrayna müəyyən etməlidir”

Rusiya və Ukrayna arasında sülhün bağlanması ilə bağlı şərtləri Moskva yox, Kiyev müəyyən etməlidir. Aİ diplomatiyasının rəhbəri Xosep Borrell Aİ Xarici Əlaqələr Şurasının inkişaf məsələləri üzrə iclası zamanı İtaliyanın böhranın sülh yolu ilə nizamlanması təklifini belə şərh edib.

“Mən hesab edirəm ki, atəşkəs üçün şərtləri Ukrayna müəyyən etməlidir”, – deyə baş nazir bildirib. Beləliklə, o, Rusiya tərəfinin müharibə əməliyyatlarının dayandırılması şərtlərini müəyyən etmək hüququndan məhrum edilməsinin tərəfdarı olub.

Mayın 19-da İtaliya Xarici İşlər Nazirliyi Ukraynada müharibənin sülh yolu ilə nizamlanması planının BMT-yə verildiyini açıqlayıb. Birinci mərhələdə növbəti sülh danışıqları üçün imkanlar açılmasına şərait yaradacaq atəşkəsə nail olmaq təklif olunur. Növbəti mərhələlərə Ukraynanın neytral statusu ilə bağlı beynəlxalq danışıqların aparılması, Kiyevin Aİ-yə daxil edilməsi, ərazi məsələlərinin həlli və Avropada yeni təhlükəsizlik müqaviləsinin bağlanması daxildir.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Mariupolda qorxunc vəziyyət - Mer xəbərdarlıq etdi

SONRAKI XƏBƏR

Vasili Nebenzya: “Avropadakı ukraynalı qadınlar və uşaqlar insan alverçilərinin qurbanına çevrilirlər