Britaniyadakı ruslar 13 milyard dollara yaxın pul itirdi

Rusiyalı milyarderlər Roman Abramoviç və Əlişir Usmanov Böyük Britaniyanın ən varlı adamları onluğundan çıxıblar. AzVision.az xəbər verir ki, bu barədə The Times məlumat yayıb. Abramoviç 20 mövqe itirərək səkkizinci yerdən 28-ci yerə düşüb. Onun sərvəti 12 milyard funt-sterlinqdən 6 milyard funt-sterlinqə qədər azalıb. Usmanov altı pillə itirərək reytinqin 11-ci pilləsində qərarlaşıb. Onun sərvəti 3,4 milyard funt-sterlinq azalaraq 10 milyard funt-sterlinqə düşüb.

“LetterOne”un həmtəsisçisi Mixail Fridman isə milyarderlər siyahısında 19-cu yerdə qərarlaşıb. Onun sərvəti 2,57 milyard funt-sterlinq azalaraq 8,22 milyard funt-sterlinqə düşüb.

İlkin Nəcəfzadə
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Bakının mərkəzi küçəsində olay - aktyora sillə vurdu, işə polis qarışdı... - FOTO

SONRAKI XƏBƏR

72 yaşında Baş nazir seçildi