"Biz Ermənistanda həqiqətən müstəqil məhkəmə sisteminin olmasını istəyirik..."

"Biz Ermənistanda həqiqətən müstəqil məhkəmə sisteminin olmasını istəyirik..."<span class="qirmizi"></span>

Ermənistan hökuməti “Dövlət vəzifələrini tutan şəxslərin ödənişi haqqında” və “Vəzifəli şəxslər üçün fəaliyyət, xidmətlər və sosial təminatlar haqqında” qanunlara əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihələrini təsdiqləyib.

Konstitusiya Məhkəməsinin hakimlərinə, sədr müavininə və sədrinə - vəzifə maaşının 80 faizi, Kassasiya məhkəməsinin hakimlərinə (palatanın sədri də daxil olmaqla) aylıq vəzifə maaşının 50 faizi qədər əlavə ödənişin müəyyən edilməsi nəzərdə tutulur.

Baş nazir Nikol Paşinyan bəyan edib ki, onlar Ermənistanda obrazlı desək, “xalqın əlinə deyil, xalqın gözünə baxan” məhkəmə sisteminin olmasını istəyirlər.

“Bundan çox böyük zəncirvari proseslər baş verəcək, insanların həm sosial, həm də mənəvi durumuna təsir edəcək. Biz ardıcıl olaraq bu yolla getməliyik”.

Baş nazir qeyd edib ki, onlar bu yolla gedirlər, çünki onlar Ermənistanda müstəqil məhkəmə sisteminin olmasını istəyirlər və bu, siyasi şüar deyil.

Mənbə: moderator.az