Daha bir yüksək rütbəli rus zabit öldürülüb - VİDEO

Ukraynada daha bir yüksək rütbəli rus zabit öldürülüb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi uğurlu əməliyyat zamanı daha bir polkovnik aradan götürülüb.

"Omsk vilayətinin İssık-Kul şəhərindən olan polkovnik Yevgeni Qerasimenko Ukraynaya "təlimlər" adıyla gələnlərdən idi. Lakin Silahlı Qüvvələrin cəsur döyüşçülərinin sayəsində o, artıq öz vətəninə "Qruz-200"-lə(Hərbi jarqondur, ölülərin daşınması üçün şərti kod adıdır-red.) qayıdıb", - məqalədə yazılıb.

Tural Tağıyev

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Qobudakı “Daşlı yamac üstü”: İbtidai insanın məskəni, mağara, ya sitayiş yeri?

SONRAKI XƏBƏR

"Biz Ermənistanda həqiqətən müstəqil məhkəmə sisteminin olmasını istəyirik..."