Rus hərbçiləri Zaporojyedən 300 ton taxıl aparıblar

Rus hərbçiləri Zaporojyedən  300 ton  taxıl aparıblar<span class="qirmizi"></span>

Rusiya ordusu Ukraynada maksimum dağıntılara nail olmaqla yanaşı, talana da əl atır. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilir ki, belə hərbi cinayətlərə dair yüzlərlə fakt göstərmək olar.

"Məsələn bu yaxınlarda rus hərbçiləri Zaporojye vilayətində taxıl oğurlayıblar. Onlar fermerlərin və səhmdarların ehtiyatlarını daşıyıblar. Zaporojye Vilayət Hərbi Administrasiyasının yaydığı məlumata görə, Kamenka-Dneprovskayadan 300 ton taxıl götürülüb... İşğalçılar taxılları öz maşınları ilə daşıyırlar. Malaya Belozerka kəndinin sakinləri də taxıl oğurluğu barədə məlumat veriblər. Kamenka-Dneprovskaya sakinləri isə bildiriblər ki, dünən ruslar icmanın ərazisindən 10 yük maşını ilə 30 ton taxıl aparıblar", - saytlar yazıb.

Tural Tağıyev

 

Mənbə: azvision.az