ABŞ Ukraynaya MiQ-29 təyyarələrini bu səbəbdən vermir

ABŞ Müdafiə Nazirliyi hesab edir ki, Ukraynanın indi MiQ-29-lara deyil, başqa silahlara ehtiyacı var.

Bu gün Ukraynaya MiQ-29 döyüş təyyarələri deyil, Donbas uğrunda döyüşmək üçün uzaqmənzilli artilleriya sistemlərinə ehtiyac var.

“Ölkə.Az” xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi keçirdiyi brifinqdə MiQ-29 qırıcılarının Ukraynaya verilməsi ilə bağlı ictimai müzakirələrin dayandırması ilə bağlı sualı cavablandırarkın deyib.

“Bir çoxları hazırda Donbasda baş verənlərdən elə də xəbərdar deyil. Hal-hazırda Donbasda gedən savaşlarda uzunməsafəli artileriya sistemindən istifadə edilməsidir. Qarşı tərəf uzunməsafəli hədəfləri vurmaq imkanına malik artilleriya sistemindən istifadə edir və bunların bəziləri ukraynalılara çox tanışdır. Bizim M-777 kimi… Biz bu məsələləri müttəfiqlərimiz və ərəfdaşlarımızla müzakirə edirik” - Kibri qeyd edib.

Onun sözlərinə görə, biz ukraynalılara uzaq məsafədən atəş açan sistemlərin əldə edilməsinə kömək edirik.

Qeyd edək ki, mayın 23- də 40 ölkənin müdafiə nazirlərinin ikinci onlayn görüşü keçiriləcək və burada Ukrayna Silahlı Qüvvələrinin gələcək ehtiyacları təhlil ediləcək.

Tərəflər Ukraynaya gələcək hərbi-texniki yardımın növü və həcmini müzakirə edəcəklər.
Hazırda uzaq məsafədə obyektləri vurmaq üçün 74 Amerika 90 M777 artilleriya sistemi Ukryanda istifadə edilir. Bunlar uzun mənzilli dolayı atəşi təmin edir ki, bu da öz növbəsində əks-hücum əməliyyatının sürətlənməsinə kömək edir.

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Şabranda narkotacir saxlanılıb

SONRAKI XƏBƏR

"Katalikosumuz daha Qarabağa gedə bilmir" - Atanesyan