"Katalikosumuz daha Qarabağa gedə bilmir" - Atanesyan

Erməni Politoloq Vahram Atanesyan bütün ermənilərin katalikosunu tənqid edib. AzVision.az xəbər verir ki, o yerli mediaya verdiyi açıqlamada diqqət çəkən fikirlər səsləndirib. - Niyə bütün ermənilərin katolikosu 44 günlük müharibədən sonra Qarabağda yaşayan ermənilərlə söhbət etmək üçün bu əraziyə səfər etməyib? Rəsmi Bakı payızda Şuşada türkdilli dini liderlərin konfransının təşkil olunacağını bəyan etdi. Müqəddəs Üçkilsə (Eçmiədzin-red.) nə vaxtsa Qarabağda qardaş, dost ölkələrdən olan kilsələrin nümayəndələrinin görüşünü təşkil edibmi? Katalikos Azərbaycanın qayğıkeş dini liderinin yuxarıda qeyd etdiyimiz konfrans təşəbbüsünü puç etmək üçün kilsələrarası əlaqələrindən istifadə edə bilərmi?, - politoloq gileylənib.

Xatırladaq ki, iki gün öncə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısının keçiriləcəyini bəyan etdi. Onun sözlərinə görə, tədbirin bu ilin sentyabr ayının sonu oktyabr ayının əvvəlində keçirilməsi planlaşdırılır.
Beynəlxalq tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Azərbaycan dini liderlərinin iştirakı nəzərdə tutulub:
 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Ukraynaya MiQ-29 təyyarələrini bu səbəbdən vermir

SONRAKI XƏBƏR

Bu ölkədə də “Meymun çiçəyi” aşkarlandı