Britaniya MN: Rusiya kəşfiyyat PUA-larının çatışmazlığı ilə üzləşir

Rusiya-Ukrayna müharibəsində pilotsuz uçuş aparatlarının (PUA) hər iki tərəf üçün də önəmli rol oynadığı görünür, baxmayaraq ki, onlar çoxlu itkilərə məruz qalıblar.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.

Vurğulanıb ki, PUA-ların vurulmasının asan olması, həmçinin antiradar sistemlərinə qarşı həssaslığı sübut edilib. Əlavə olunub ki, Rusiya Suriyada hazırladığı “Müşahidə zərbəsi” konseptini Ukraynada da tətbiq etməyə cəhd edib və bu konsepsiyada döyüş təyyarələri və artilleriya vasitələri ilə zərbələr endirilməsi üçün hədəflərin müəyyənləşdirilməsində müşahidə PUA-larından istifadə edilir. Qeyd olunub ki, Rusiya çox güman ki, bu tapşırıq üçün müvafiq kəşfiyyat PUA-larının çatışmazlığı ilə üzləşir.

Bildirilib ki, bu problem sanksiyalar nəticəsində yerli istehsal imkanlarının məhdudlaşması ilə daha da güclənir. Məlumatda vurğulanıb ki, Rusiyanın pilotlu döyüş təyyarələri, ehtimal ki, zədələnməmiş Ukrayna hava hücumundan müdafiə sistemlərinin yaratdığı təhlükə səbəbi ilə Ukrayna ərazisində döyüş uçuşlarını həyata keçirməkdən yayınırlar.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Bu ölkədə də “Meymun çiçəyi” aşkarlandı

SONRAKI XƏBƏR

Xaçmaza getsən, Xaçmaz pomidoru tapa biləcəksənmi? – Fermerlərdən ŞOK CAVABLAR