Rusiyalı hərbi ekspertin dərsini verdilər...

Rusiyalı hərbi ekspertin dərsini verdilər...<span class="qirmizi"></span>

Rusiyalı hərbi ekspertin dərsini verdilər...

 

"Putin mafiyası tənqidçilərini zəhərlə, həbslərlə, işgəncələrlə, müəmmalı ölümlərlə yumşaldır"

 

Skabeyevanın efirində Ukrayna ordusunu tərifləyən rusiyalı polkovnik fikrini dəyişməyə məcbur edilib

 

Xodarenok bu dəfə Ukraynanın Rusiya ordusuna qarşı əks-hücumunu "çox şişirdilmiş fikir" kimi dəyərləndirib.

 

Moderator.az xəbər verir ki, bu barədə BBC jurnalisti Frensis Skapp özünün "Twitter" səhifəsində yazıb.

 

Xəbər verdiyimiz kimi, sabiq sovet ordusunun polkovniki və hərbi ekspert Mixail Xodarenok Rusiyanın "Rossiya- 1" telekanalının "60 dəqiqə" proqramının efirində Rusiyanın Ukraynaya qarşı müharibəsini tənqid edərək, Rusiya Federasiyasının beynəlxalq aləmdən təcrid edildiyini etiraf edib. İki gündən sonra isə o, öz fikrini dəyişərək, Ukraynanın Rusiya ordusuna qarşı əks hücum həyata keçirməyinin mümkün olmadığını bəyan edib.

 

Öz çıxışında Xodarenok Rusiya müdafiə nazirliyinin videosunu nümayiş etdirib. Videogörüntülərdə, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin mövqelərini, o cümlədən, Amerikanın M777 haubitsalarını, guya, odlu silahlardan atəşə tutur. O, bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinə Birləşmiş Ştatlar tərəfindən verilən haubitsalar Rusiya ordusu üçün "yaxın zamanlarda üstün hədəfləri olacaq".

 

"Hesab edək ki, - bunun üçün isə bizim bütün əsaslarımız var, - yaxın zamanlarda bu haubitsalardan yalnız xatirələr qalacaq". Silahlı Qüvvələrimiz qarşısında belə vəzifə var və yaxın zamanlarda gerçəkləşəcək", - polkovlik deyib.

 

Ukraynanın Rusiya ordusuna qarşı əkshücum imkanlarını Xodarenok "çox şişirdilmiş fikir" adlandırıb. O, həmçinin deyib ki, Rusiyanın Baş Komandanlığı yaxın zamanlarda "bütün niyyətlərini gerçəkləşdirəcək" və "Ukraynanı xoşalməz dərəcədə təəccübləndirəcək".

 

"Bu gün ehtiyatda olan polkovnik Mixail Xodarenok Rusiyanın Ukraynaya qarşı müharibəyə ifşaedici qiymət verəndən və onun getdikcə artan beynəlxalq təcrid edilməsini bəyan edəndən cəmi iki gün sonra növbəti dəfə Rusiya dövlət televiziyasında peyda olub", - Skapp Xodarenokun çıxışını şərh edərkən deyib.

 

Hərbi ekspert Lourens Fridman güman edir ki, Xodarenok Rusiya hakimiyyətini tənqid etməyi dayandırmağa məcbur edilib. Eyni zamanda, polkovnikin "Amerika haubitsalarının məhv edilməsi barədə dediklərini Fridman "ümumi strateji mənzərə deyil, o qədər də inandırıcı olmayan taktiki gediş" adlandırıb.

 

Rusiyalı şahmatçı və siyasətçisi Harri Kasparov Xodarenokun çıxışını təbliğat elementi adlandırıb.

 

"Rusiyanın müasir təbliğat modelinin bir hissəsi hər zaman konkret məsələlər üzrə etimad doğuran şəxslərin və kütləvi informasiya vasitələrinin mövcud olması ilə səciyyələnib. Bu elementlərə müəyyən şeyləri tənqid etməyə imkan verilir, azadlıq illüziyası yaradılır. Təkcə lideri tənqid etmək olmaz. Biri iqtisadiyyatı, digəri təhlükəsizliyi tənqid edə bilər və s. Amma bu da illər ötdükcə azalıb, çünki Putin azacıq fərqli fikir yürüdənləri təqib edib", - o, qeyd edib.

 

ABŞ- ın Avropadakı ordusunun keçmiş komandanı Mark Qertlinq rusiyalı polkovnikə "Rusiya artilleriyasının Ukraynaya qarşı pis təsirini təbliğ etməkdənsə, Rusiyanın bu müharibədə işlərinin pis olması barədə bəyanatlarına qayıtmağı" məsləhət görüb.

 

"Welt" nəşrinin jurnalisti Klemens Vergin qeyd edib ki, "diktaturalar belə işləyir".

 

"Kimsə müharibənin pis getməsi barədə həqiqəti söyləyirsə, o, tezliklə öz sözlərindən imtina etməyə məcbur edilir", - o, belə yazıb.

 

"Byline Times" nəşrinin redaktoru Piter Yuks vurğulayıb ki, Kreml öz tənqidçilərinin fikrini təkcə pulla dəyişmir.

 

"Zəhər, həbslər, işgəncələr, qohumlarınızın izah edilməyən müəmmalı ölümləri- bunlar Putin mafiyasının öz tənqidçilərinin Kreml uğursuzluğa düçar olanda daha yumşaq olmasına məcbur edilmə üsullarıdır", - o, belə yazıb.

Mənbə: moderator.az