Rusiya ABŞ və Kanadaya qarşı yeni əks-sanksiyalar tətbiq edib

Rusiya ABŞ və Kanadaya qarşı yeni əks-sanksiyalar tətbiq edib<span class="qirmizi"></span>

 

Moskva, 21 may, AZƏRTAC

Rusiya ABŞ-a qarşı yeni əks-sanksiyalar tətbiq edib.

AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın 93 vətəndaşının ölkəyə girişini qadağan edib. Siyahıdakı şəxslər arasında ABŞ Prezidenti Co Bayden, Dövlət katibi Entoni Blinken, dövlət katibi Kamala Harris, ABŞ Prezidentinin oğlu Hanter Bayden, Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey və digərləri var.

Rusiya XİN bildirib ki, ABŞ-ın “düşmənçilik hərəkətləri” bundan sonra da lazımi şəkildə cavablandırılacaq.

Eyni zamanda, Rusiya Kanadaya qarşı da əks-sanksiyalar tətbiq etməyi planlaşdırır. XİN-in bunla bağlı bəyanatında deyilir ki, Rusiya cavab tədbiri olaraq, yaxın vaxtlarda 26 Kanada vətəndaşına, o cümlədən Kanada Baş nazirinin xanımına, hərbi hava, hərbi dəniz qüvvələrinin və quru qoşunlarının komandanlığına qarşı sanksiya tətbiq edəcək. Onlara Rusiyaya giriş qadağan olunacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: azertag.az