"Məqsədimiz Rusiya ordusunu Luqanskda dayandırmaq və iyunda əks-hücuma keçməkdir"

"Məqsədimiz Rusiya ordusunu Luqanskda dayandırmaq və iyunda əks-hücuma keçməkdir"<span class="qirmizi"></span>

"Məqsədimiz Rusiya ordusunu Luqanskda dayandırmaq və iyunda əks-hücuma keçməkdir"

 

"Şoyqu "hərbi əməliyyat" terminini anlamır

 

Mariupolda olduğu kimi, Severodonetsk məhv edilir

 

Luqansk vilayətində ağır döyüşlər gedir

 

Ukraynanın şərqində vəziyyət hələ də gərgin olaraq qalır. Rusiya bütün qüvvələrini bu istiqamətdə cəmləşdirib.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna telemarafonunun efirində Luqansk vilayəti şəhər administrasiyasının rəhbəri Sergey Qayday özünün "Twitter" səhifəsində yazıb.

 

"Hazırda Ukraynanın nəzarətində Luqansk vilayətinin 10 faizi qalıb. Vəziyyətin harada daha ağır olduğunu birmənalı demək olmaz, çünki vilayətin bütün ərazisi istisnasız olaraq atəşlərə məruz qalır", - Qayday qeyd edib.

 

Onun sözlərinə görə, hazırda Rusiya qoşunları, Mariupolda olduğu kimi, Severodonetsk şəhərini məhv edir. Vilayətin ən ağır döyüşlər gedən istiqamətləri Zolotoye və Popasnaya məntəqələridir. Rusiya ordusu həm də Lisiçansk- Bahmut magistral yolunu bağlamaq istəyir.

 

Qayday döyüşlərin artıq Severodonetskin özündə getdiyi barədə məlumatı təkzib edib:

"Yox, bu, həqiqətə uyğun deyil. Döyüşlər şəhərin ətrafında gedir".

 

Xatırladaq ki, mayın 20- də Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Rusiya ordusu, demək olar ki, LXR- ri "azad etmək" əməliyyatını bitirib.

 

"Rusiya Silahlı Qüvvələrinin birləşmələri Luqansk və Donetsk xalq respublikalarının xalq milisi bölmələri ilə birgə Donbas əraziləri üzərində nəzarəti genişləndirməkdə davam edir. Luqansk xalq respublikasının azad edilməsi sona yaxınlaşır", - Şoyqu bəyan edib.

 

Buna cavab olaraq Qayday bəyan edib ki, Şoyqu "hərbi əməliyyat" terminini anlamır. Bu gün söylədiyi cəfəngiyyat rusiyalıların gözünə kül üfürməkdir", - Qayday bəyan edib.

 

Onun sözlərinə görə, Luqansk vilayətində qoşunların vəzifəsi Ukrayna əks hücuma başlayanadək Rusiya ordusunu dayandırmaqdan ibarətdir. O, ümid edir ki, bu, iyun aynda baş verəcək.

Mənbə: moderator.az