Orban Rusiyaya qarşı sanksiyaları “atom bombası” adlandırdı

Orban Rusiyaya qarşı sanksiyaları “atom bombası” adlandırdı<span class="qirmizi"></span>

Macarıstanın baş naziri Viktor Orban Aİ-nin Rusiyaya qarşı sanksiyalarını “atom bombası” adlandırıb və Macarıstanın iqtisadi cəhətdən qəbuledilməz tədbirləri dəstəkləməyəcəyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə "İnterfaks" xəbər agentliyi məlumat yayıb.

Agentlik baş nazirin sözlərindən sitat gətirərək, "Macarıstan Brüsseldə qəbul edilən iqtisadi cəhətdən qəbuledilməz tədbirlərə qoşulmayacaq. Rusiyaya qarşı atom bombası kimi sanksiyalardan söhbət gedə bilməz, çünki bu halda xalqımızı qoruya bilməyəcəyik, üstəlik, çoxlu miqrantlarımız olacaq”, - deyə bildirib.

Gülayə Mecid

Mənbə: www.unikal.org