“Hraparak”: Qərb Ermənistanı Azərbaycanın tələblərini qəbul etməyə və Qarabağdan imtina etməyə məcbur edir

“Hraparak”: Qərb Ermənistanı Azərbaycanın tələblərini qəbul etməyə və Qarabağdan imtina etməyə məcbur edir<span class="qirmizi"></span>

 

Nikol Paşinyan özünü mürəkkəb tələyə salıb. O, top kimi bir qapıdan digərinə atılır. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Ötən gün məlum olub ki, Paşinyan, mayın 22-də Brüsselə səfər edəcək və orada Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə növbəti görüş baş tutacaq.

“Xatırladaq ki, Paşinyan aprelin 4-5-də Brüsseldə olub. Hakimiyyətə yaxın olan şəxs bizə açıqlamasında qeyd edib ki, Qərblə Rusiyanın tələbləri bir neçə məqamda üst-üstə düşür, bəzi məsələlərdə isə fərqlidir. Hər iki tərəf Paşinyandan tez bir zamanda sülh müqaviləsini imzalamağı, kommunikasiyaları açmağı, Azərbaycan və Türkiyəyə Ermənistandan keçməyə icazə verməyi tələb edir. Qərb bizi Azərbaycanın tələblərini qəbul etməyə və Qarabağdan imtina etməyə, ermənilərlə azərbaycanlıların Qarabağda bir yerdə yaşamasına icazə verməyə məcbur edir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az