Albaniya ABŞ-dan "Javelin"lər aldı

Ölkənin müdafiəsini gücləndirmək üçün “Javelin” tank əleyhinə raketlər almışıq.

Axar.az xəbər verir ki, bunu Albaniya müdafiə naziri Niko Peleşi deyib.

Peleşi bildirib ki, Albaniya Amerikanın “Lockheed Martin” şirkəti ilə raketlərin sayını, dəyərini və çatdırılma müddətini qeyd etmədən müqavilə imzalayıb.

O izah edib ki, raketlərin alınması ordunun modernləşdirilməsi səylərinin bir hissəsidir.

“Çaxnaşma yaratmamaq üçün konkret təhlükə yoxdur. Biz NATO üzvü olan ölkəyik və milli təhlükəsizlik məsələsi həll olunub. Biz qorunuruq”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

"Qarabağ"ın qızıl medalı şəhid atasına təqdim olundu - Şəkillər

SONRAKI XƏBƏR

May ayına xas olmayan hava: “Yağışlar uzunmüddətli olsa...” - TƏHLİL