İsveçdə PKK tərəfdarları NATO-ya üzvlüyə qarşı çıxdı

İsveçdə PKK tərəfdarları NATO-ya üzvlüyə qarşı çıxdı<span class="qirmizi"></span>

İsveçin paytaxtı Stokholmda toplaşan bir qrup PKK/PYD tərəfdarı İsveçin NATO-ya müraciətinə etiraz ediblər.

Axar.az xəbər verir ki, Stokholmda Norra Bantorget meydanında toplaşan qrup Sosial Demokrat Partiyasının binası önünə yürüş edib.

Terror təşkilatı PKK/PYD-ni simvolizə edən təşkilat tərəfdarları İsveçin NATO-ya üzv olmamasını və İsveçin Türkiyənin istəklərini qəbul etməməsini tələb ediblər.

Aksiya zamanı terror tərəfdarları “hamımız PKK-lıyıq” şüarları səsləndirib. 200 nəfərlik nümayiş insidentsiz başa çatıb.

Mənbə: axar.az