Moskvada Heydər Əliyevin xatirəsi anıldı - VİDEO

Moskvada Heydər Əliyevin xatirəsi anıldı - <span class="qirmizi">VİDEO</span>

Azərbaycanın Rusiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə Moskvada, “Qloballaşan dünyada mədəniyyətlərin dialoqu mədəniyyəti” kitabının təqdimatı keçirildi.

Təqdimat mərasimi Rusiyadakı səfirliyimizdə Heydər əliyevin baralyefi önünə gül dəstlərinin düzülməsi ilə başladı

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmüş təqdimat mərasimində çıxış edən səfir Polad Bülbüloğlu dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin keçdiyi zəngin ömür yolundan danışdı.
Təqdim olunan yeni nəşr haqqında danışan diplomat bildirdi ki, bu kitab Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə artıq 4-cü dəfə keçirilən Beynəlxalq Elmi Konfransın materialları əsasında hazırlanıb. 3 Məqalədən ibarət bu topluda azərbaycanlı alimlərlə yanaşı, Rusiya və Özbəkistan alimləri də geniş şəkildə təmsil olunublar.

“Çox gözəl bir kitab nəşr etdik – mədəniyyətlər dialoqunun Mədəniyyəti. Yəni bu müasir mədəniyyət və multikultralizm ətrafında mütaliə deməkdir. Heydər Əliyevin mədəniyyətə, fəlsəfi ədəbiyyata münasibətini nəzərə alaraq bu kitab onun doğum gününə həsr edilib- hansı ki hazırda Heydər Əliyevin 99 yaşı tamam olardı. Epidemiloloji durumla əlaqədar olaraq biz tədbirlərə bir müddət fasilə verdik, və mən indi şadam ki, Azərbyacanın rusiyadakı səfirliyində bu cur tədbir keçiririk”, - Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

“Məni həmişə onun müxtəlif xalqlar arasında dialoq qurmaq bacarığı heyran edirdi. Mən bilirəm, o bir tərəfdən ağır həyat yaşadı, amma o öz xalqına xidmət etdi. O öz şəxsi maraqlarını, sağlamlığını unudaraq hər şeyini xalqa verdi. Mənə elə gəlir ki, o tək Azərbaycan üçün nümunə deyil, həm də rusiya xalqları və dünya üçün bir nümunədir”, - Fəlsəfə elmləri doktoru Fanil Fayzulin bildirib.

Təqdimat mərasimində çıxış edənlər heydər əliyevin müasir Azərbaycan respublikasının formalaşmasındakı rolundan, Rusiya Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhvələrdən bəhs etdilər.

 

Mənbə: www.realtv.az