İsveçin baş naziri Türkiyə ilə ikitərəfli münasibətlərin möhkəmlənəcəyinə ümid edir

Bakı. Trend:

İsveç təhlükəsizlik məsələləri və terrorla mübarizə də daxil olmaqla, Türkiyə ilə ikitərəfli əlaqələrin möhkəmlənəcəyinə ümid edir.

Trend xəbər verir ki, bunu İsveçin baş naziri Maqdalena Andersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla krallığın NATO-ya üzvlüyü ilə bağlı telefon danışığından sonra deyib.

"İsveçin NATO-ya üzvlüklə bağlı müraciəti üzrə Türkiyə Prezidenti R.T.Ərdoğanla bugünkü söhbəti yüksək qiymətləndirirəm.Biz ikitərəfli əlaqələrimizi, o cümlədən sülh, təhlükəsizlik vəterrorizmlə mübarizə məsələlərini möhkəmləndirməyə ümid edirik", -deyə baş nazir bildirib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Avstriyada "Putinin dostu”nun villasını müsadirə edildi - FOTO

SONRAKI XƏBƏR

Bu ölkəyə hücum: 11 ölü, 20 yaralı