Avstriyada "Putinin dostu”nun villasını müsadirə edildi - FOTO

Avstriyada "Putinin dostu”nun villasını müsadirə edildi - FOTO<span class="qirmizi"></span>

Avstriyada, Attersee gölündə bir qrup anarxist Ukraynadakı müharibəyə və rusiyalı oliqarxlara etiraz olaraq VEB.RF-nin rəhbəri, Rusiya prezidentinin dostu adlandırılan Rusiya baş nazirinin keçmiş müavini İqor Şuvalovun mülkünü zəbt ediblər.

"Unikal" xəbər verir ki, fəallar Ukraynadakı müharibəni pisləyib və Şuvalovun əmlakını müsadirə etməyə çağırıblar:

“Biz evin qaçqınlar, fərarilər və evsizlər üçün evə çevrilməsini və Atterseenin özəlləşdirilməsinin dayandırılmasını tələb edirik”.

Məlumata görə, villa boş olub. Fəallar villanın üzərinə plakatlar asaraq, Rusiyanı müharibəni dayandırmağı tələb ediblər.

.

Mənbə: www.unikal.org